"Türk Dövlətləri Təşkilatını gücləndiririk" - Ərdoğan

17:14 17.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Avrasiyada sülh və sabitliyin təminatçısı kimi gördüyümüz Türk Dövlətləri Təşkilatını hər keçən gün daha da gücləndiririk".

Hafta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.

“Bu il ölkəmizdə Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Həmçinin ilin son rübündə Azərbaycandan sədrliyi təhvil alacağıq. Sədrliyimiz dövründə, təşkilatımızın beynəlxalq təsir gücünü və görünürlüğünü daha da artıracağıq”, – deyə o qeyd edib.